“İŞİD-in “Taliban”la əlaqəsinə dair sübutlar var” – Saleh

  • By admin
  • 27 Avqust 2021 15:22

“İŞİD terror təşkilatının “Taliban”la əlaqələri barədə sübutlar var”.

Gununsesi.info xəbər verir ki, bunu Əfqanıstanın Birinci vitse-prezidenti, özünü dövlət başçısının səlahiyyətlərinin icraçısı elan etmiş Əmirulla Saleh deyib.

O, vurğulayıb ki, İŞİD-in Əfqanıstandakı qolu olan “Vilayəti Xorasan” öz başlanğıcını Kabildə fəaliyyət göstərən “Taliban” və “Haqqani şəbəkəsi”ndən götürür.

Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilib. Hadisə nəticəsində 103 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.