İŞİD-in yeni lideri İraqda saxlanıldı - VİDEO

  • By admin
  • 21 May 2020 10:31

İŞİD terror təşkilatının ötən il öldürülən sabiq lideri Əbubəkr Əl-Bağdadinin xələfi Abdullah Qardaş İraq xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı İraq Milli Kəşfiyyat Xidməti yayıb.

Maraqlıdır ki, saxlanılan terrorçunun fotosu ötən gün təhlükəsizlik məsələləri üzrə iraqlı ekspert Huşam əl-Haşimi tərəfindən yayımlanıb.

Ekspert bildirib ki, Abdullah Qardaş “Əl-Qaidə” terror təşkilatında yüksək nüfuza sahib olub, 2007-ci ildə isə İŞİD sıralarına qoşulub.

Gununsesi.org