İŞİD terrorçu qruplaşması İraqda nəzarətdə saxladığı son neft quyularını da itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, İŞİD-in Kərkük yaxınlığındakı bölgələrdən kənarlaşdırılmasından sonra ölkədəki bütün neft quyuları terrorçu qruplaşmanın nəzarətindən çıxıb.
İŞİD-in İraqdakı neft gəlirlərini itirməsi ilə başqa maliyyə mənbələri tapmaq məcburiyyətində qalacağı bildirilir.
Gununsesi.info