İŞİD İraqı yenə qana boyadı: 10 ölü, 27 yarali var

  • By admin
  • 02 Avqust 2016 16:35

isid

 

İraqın paytaxtı Bağdad və Ramadi şəhərlərində meydana gələn partlamalar nəticəsində 10 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Ramadi şəhərinin şərqində terror təşkilatı İŞİD tərəfindən yerə döşənilən bombanın hərbi maşınların keçdiyi zamanı partladılması nəticəsində 7 əsgər həyatını itirib, 13-ü isə yaralanıb.

 

Bağdadın Talibiyyə bölgəsində isə bomba partlaması nəticəsində 3 nəfər ölüb və 14 nəfər isə yaralanıb.

 

Qeyd edək ki, İŞİD terror təşkilatı İraqın bəzi bölgələrini ələ keçirməsinin ardından paytaxt Bağdad başda olmaqla müxtəlif şəhərlərdə partlayışlar törətməyə davam edir.

 Gununsesi.info