İŞİD lideri Mosulu tərk etdi

  • By admin
  • 09 Mart 2017 14:24

baqdadi

ABŞ və İraq kəşfiyyat xidmətlərinin rəsmiləri İŞİD Terror Təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin Mosuldan qaçdığı barədə məlumat yayıblar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraq ordusu Mosulun qərb hissəsini İŞİD-dən azad etmək üçün hərbi əməliyyatı davam etdirir.

Belə ki, 2014-cü ildə İraqın şimalını işğal etdikdən sonra özünü xəlifə elan edən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin hazırda harada olduğu barədə dəqiq məlumat yoxdur.

Buna baxmayaraq, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Mosulu tərk edərək, səhrada saxlandığı idda edilir.
Qeyd edək ki, Amerikan dəstəyi ilə irəliləyən İraq ordusu son olaraq Mosulda dövlət əhəmiyyətli binaları terroristlərdən təmizləyiblər. Hazırda əhalinin tərk etdiyi bölgədə qarşıdurmalar davam edir.

Anar
Gununsesi.info