
Səfir İŞİD lideri Abu Bəkir əl-Bağdadinin yaralanma faktını təsdiqlədi. Gununsesi.info ria.ru-ya istinadən xəbər verir ki, Suriyanın Rusiyadakı səfiri Riyad Həddad əl-Bağdadinin yaralanması faktını təsdiq edib. Səfir əl-Bağdadinin ölüm xəbəri barədə dəqiq məlumatının olmadığını deyib. “Onun ölümü barədə nəsə deyə bilmərəm, ancaq yaralanması faktı dəqiqdir. İŞİD liderinin ölüb-ölməmsi artıq bizim üçün əhəmiyyət kəsb etmir, onsuz da yaxın zamanlarda onunla birlikdə İŞİD-in digər üzvləri də məhv ediləcək”, diolamt vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə əl-Bağdadinin Suriya ilə İrqa sərhəddində aviazərbələr nəticəsində yaralandığı barədə məlumatlar yayılmışdı.
Gununsesi.info