İŞİD liderləri öldürüldü

  • By admin
  • 16 Fevral 2017 15:25

isid

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Mosulun qərbində yerləşən “17 İyul” məhəlləsinə hava zərbəsi endirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində İŞİD-in beş lideri öldürülüb.
Belə ki, öldürülənlərdən biri İŞİD-in Mosul valisi Hamid Əhməd İbrahim, terror təşkilatının pul transferinə məsul şəxs Hamadi Əhməd Summak və Mosul şəhərində tədbirlərin təşkilatçısı kimi tanınan Əbu Haldun öldürülüb.

Məlumata görə, bundan başqa Mosulun qərbində yerləşən Saraçhane bölgəsində avtomobilə edilən silahl hücum zaman İŞİD-in daha iki lideri, Ninova vilayətinin kəşfiyyat komandiri Əbu Mahalla və onu müşayiət edən şəxsin öldürüldüyü bildirilir.

Xatırladaq ki, Mosul şəhəri 10 iyun 2014-cü ildən İŞİD-in nəzarətindədir.

Anar
Gununsesi.info