İŞİD liderlərindən biri məhv edilib

  • By admin
  • 11 Noyabr 2016 20:47

isid_srk_yeni

 

İraqın Mosul şəhəri uğrunda gedən döyüşlərdə İŞİD liderlərindən biri məhv edilib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq hərbçiləri bildirib.

Şeyx Fariz ləqəbli Mahmud Şükrü ən-Nuaymi noyabrın 8-də Mosulun qərb bölgəsində hava zərbəsi nəticəsində öldürülüb.

Məlumata əsasən, Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatında bu günədək 1 200 silahlı məhv edilib. Qeyd edək ki, sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

Gununsesi.info