
İŞİD terrorçuları Suriya ilə sərhəddə yerləşən Livanın Əl-Kaa bölgəsini raket atəşinə tutub.
Axar.az xəbər verir ki, bu barədə Livanın NNA agentliyi məlumat yayıb.
Terrorçuların sözügedən bölgəyə 3 reaktiv raket buraxdığı bildirilib.
Livan ordusu da öz növbəsində terrorçuların mövqeyinə cavab atəşi açıb.
Ölən, yaxud yaralılarla bağlı məlumat verilməyib.
Gununsesi.info