İŞİD Londonda baş verən terakta görə məsuliyyəti öz üzərinə götürüb

  • By admin
  • 01 Dekabr 2019 10:36

İŞİD terror qruplaşması Böyük Britaniyanın paytaxtı Londonda baş verən torror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Gununsesi.org bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.

Xatırladaq ki, noyabrın 29-u yerli vaxtla təxminən saat 14:00-da bıçaqla insanlara hücum edib. İnsident Kembric Universitetinin Kriminologiya İnstitutunun “Learning Together” proqramının məzunları və müəllimləri arasında görüş keçirilən zaman baş verib. Silahlı hücum nəticəsində iki nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Terrorçu polislərə müqavimət göstərəndən sonra hüquq-mühafizə orqanlarını əməkdaşları tərəfindən güllələnib. Terrorçunun 28 yaşlı Osman Xan olduğu müəyyən edilib.
Gununsesi.org