İŞİD terror qruplaşması cümə günü Belçikanın paytaxtında hərbçiyə olan hücuma görə məsuliyyəti üzərinə götürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Hərbçilər “Allahu əkbər” qışqıraraq onların üzərinə bıçaqla hücum çəkən şəxsi zərərsizləşdiriblər.
Artıq öldürülən terrorçunun 30 yaşlı Somali əsilli şəxs olduğu açıqlanıb.
Belçika federal prokurorluğu hücumu terror aktı kimi qiymətləndirib.
Gununsesi.info