İŞİD Parisdəki atışmaya görə məsuliyyəti öz üzərinə götürüb

  • By admin
  • 21 Aprel 2017 07:08

parus atisma

İŞİD terror qruplaşması Parisdəki atışmaya görə məsuliyyəti öz üzərinə götürüb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə terror qruplaşması ilə əlaqəli sayt məlumat yayıb.

Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, daha iki nəfərinin yaralandığı barədə məlumat verilmişdi.

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar “Kalaşnikov” tipli avtomat silahdan atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri isə hadisə yerindən qaçıb.

Cinayətkarın axtarışı davam etdirilir.

Gununsesi.info