
İŞİD terror qruplaşmasının rəhbərliyi “paytaxt”ın Raqqadan Deyr-ez-Zora köçürülməsinə dair qərar qəbul edib.
Gununsesi.info-nun focus.ua-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Fox news”a hərbi mənbələr bildirib.
Məlumata görə, qərar Raqqaya hava hücumlarının çoxalması və Suriya ordusunun üç istiqamətdə şəhərə doğru hücuma keçməsi ilə əlaqədar qəbul edilib.
Məlumata görə, ABŞ-ın pilotsuz uçan aparatları son iki ay ərzində İŞİD-in yüzlərlə rəhbər şəxslərinin Raqqa şəhərini tərk etməsini qeydə alıb.
Gununsesi.info