İŞİD Rusiyaya məxsus hərbi gəmini vurmağa hazırlaşır

  • By admin
  • 16 May 2017 10:36

unnamed

Rusiyaya məxsus hərbi gəmi İstanbul Boğazından keçərkən Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin xüsusi tədbirlər görməsi diqqət çəkib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İraq və Şam İslam Dövləti” (İŞİD) Terror Təşkilatı İstanbul Boğazından keçən Rusiyaya məxsus hərbi gəmiyə qarşı raket hücumu həyata keçirməyi palanlaşdırdığı barədə Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatına (MİT) məlumat daxil olub.

Belə ki, Rusiyanın döyüş təyyarəsinin Türkiyə sərhəddində vurulması, eləcə də Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi səbəbindən Rusiya – Türkiyə arasındakı əlaqələrin həssas olması nəzərə alınaraq iki dövlət arasında yeni gərginliyin yaşanmaması üçün İstanbul Boğazında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Hazırda İstanbul polisi İŞİD quruplaşmasının üzvülərinə qarşı əməliyyata keçirib. Əməliyyat zamanı xeyli sayda
İŞİD terrorçusu həbs olunub.

İstanbul polisi Rusiyaya məxsus hərbi gəminin İstanbul Boğazından keçişi zamanı qurudan dənizə ən yaxın nöqtədə təhlükəsizlik tədbirlərini gücləndirib. Rusiyaya məxsus hərbi gəmi İstanbul Boğazından keçən zamanı dənizdən Türkiyənin 2 ədəd hücum qayığı, havadan isə polis helikopteri ona nəzarət edib.

Qeyd edək ki, Rusiya Hərbi Donanmasına aid 158 saylı “Caesar Kunikov” döyüş gəmisi, dünən İstanbul boğazından Qara dənizə keçib.

Anar
Gununsesi.info