İŞİD terror qruplaşması Moskvada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, bu barədə terror qruplaşmasının teleqram kanalında bildirilib.
Terror təşkilatı iddiası ilə əlaqədar heç bir sübut irəli sürməyib.
Bununla belə, Ümum-Rusiya Dövlət Televiziya və Radioyayımı Şirkətinin jurnalisti Andrey Medvedev isə bunun feyk olduğunu iddia edib. Onun fikrincə, bu kimi bəyanatları ciddiyə almaq lazım deyil:
“İslam Dövlətinin rəsmi teleqram kanallarında heç bir məlumatın olmaması ilə yanaşı, Əfqanıstan özəklərinin resurslarında da heç bir açıqlama yoxdur. Üstəlik, hazırda İŞİD hətta Yaxın Şərqdə belə təsirsiz bir strukturdur ki, heç bir rəsmi bəyanat belə 100 faiz ciddiyə alınmamalıdır”.
Gununsesi.info