

İŞİD terrorçuları iki türk əsgərini vəhşicəsinə qətlə yetiriblər. Terrorçular əsgərləri diri-diri yandırıblar.
Gununsesi.info “turkishminute”-ə istinadən xəbər verir ki, Türk hərbçiləri üç həftə öncə Suriyanın Əl-Bab şəhəri yaxınlığında İŞİD terrorçularına girov düşüb. Terrorçular dünən axşam sosial şəbəkələrdə video yayıblar.
Qeyd edək ki, bu birinci hal deyil və terrorçular belə vəhşi metodlarını dəfələrlə videosüjetlər vasitəsi ilə nümayiş etdiriblər. İŞİD terrorçuları 2015-ci ildə iordaniyalı pilot Mauza əl-Qasasbehi də diri-diri yandırıblar.
https://www.youtube.com/watch?v=Ts1e9Zcmcec
Gununsesi.info