İŞİD terrorçusu Türkiyədə növbəti terrakt törətdi - 3 nəfər şəhid oldu - YENİLƏNİB

  • By admin
  • 16 Oktyabr 2016 18:33

terrrrrrrorrrr

Türkiyənin Qaziantep şəhərində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 3 polis şəhid olub.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bu barədə  Türkiyə  KİV-ləri məlumat yayıb.

NTV telekanalına istinadən verdiyi məlumata görə isə 4 suriyalı olmaqla 8 nəfər yaralanıb.

Bir terrorçu yaralı ələ keçirilib. Polis şəhərdə daha bir “canlı bomba”nı axtarır.

Qaziantep şəhərində növbəti antiterror əməliyyatı keçirilib.

***

“Anadolu” agentliyi isə məlumat verir ki, şəhərin Burak məhəlləsində bir binada İŞİD terror təşkilatının Qaziantep rayonu üzrə məsul şəxs olan, rayonda terror aktlarını planlaşdıran və canlı bomba hücrələrini idarə edən Mehmet Kadir Cebel zərərsizləşdirilib.

Terrorçu qaçmaq şansı olmadığını görərək üzərindəki partlayıcı qurğunu işə salıb.  Partlayış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları arasında tələfat, yaralı olub-olmadığı barədə hələ açıqlama verilməyib.

M. K. Cebelin həyat yoldaşı və iki övladı sağ yaxalanıb.

Gununsesi.info