İŞİD Türkiyəni hədələdi –  “Səfirlik və konsulluqlara hücum edərik”

  • By admin
  • 05 Dekabr 2016 22:42

g

İŞİD terror təşkilatı Türkiyəni yenə də hədələyib.Gununsesi.info-nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, qruplaşmanın yeni sözçüsü Əbu Həsən Əl-Mühacirin səs qeydi yayımlanıb.

Rus Hava Qüvvələrinin Hələb şəhərinin yaxınlığında həyata keçirdiyi hava hücumu zamanı İŞİD-in öldürülən əsas adamlarından olan Əbu məhəmməd Əl-Adnaninin yerinə gətirilən sözçü təşkilatın üzvlərinin Türkiyənin bütün dünyadakı səfirlik və konsulluqlarına hücum edəcəklərini bildirib.

O, səs qeydində terrorçulara “Döyüş meydanından qaçmayın. Bu xaçlıların son müharibəsidir. Qələbə qazanacağıq” deyə əmr edib.

 

Gununsesi.info