İŞİD üzvlərinə qarşı əməliyyat - 16 NƏFƏR HƏBS EDİLİB

  • By admin
  • 28 Yanvar 2018 10:35

İranın qərbində Sepah ilə İŞİD-in 21 nəfərlik üzvü arasında atışma baş verib.

Gununsesi.info xəbər verir ki, atışma nəticəsində İŞİD qruplaşma üzvlərindən 16 nəfər həbs edilib.

İslam İnqilabının Keşikçilər Korpusunun (Sepah) quru qoşunlarının “Nəcəf” qərargahının mətubat xidmətinin rəhbəri Məhəmməd Pakvər məlumat yayıb.

O bildirib ki, atışma bu gün günorta saatlarında baş verib, 16 terrorçu həbs edilib, bir neçə nəfər öldürülüb.

M. Pakvər bildirib ki, atışma Bamo bölgəsində baş verib. Sepahın “Nəcəf” briqadası qüvvələrindən 3 nəfər həlak olub, terrorçulardan iki nəfəri qaçmağa çalışıb, hazırda Sepah qüvvələri onları mühasirəyə alıb.

O qeyd edib ki, terrorçular ölkə daxilində və sərhəd bölgəsində terror aktları törətməyi planlaşdırıbmış.

Gununsesi.info