“İşıq məhbusları”nın məhkəməsi olub - İMİŞLİDƏ

  • By admin
  • 14 İyul 2017 15:00

1476714926_mehkeme

İyulun 14-də İmişli Rayon Məhkəməsində hakim Təranə Hüseynovanın sədrliyi ilə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin (“İşıq məhbusları”nın) işinə baxılıb.

Gununsesi.info-ya bu haqda nun Cəlal Quliyevin vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, məhbusların yaxınları və jurnalistlər bu dəfə də məhkəmə zalına buraxılmayıblar. Buna görə də narazılıq yaranıb və məhbuslardan İlkin İsgəndərovun bacısının halı yenə pisləşib. Valideynlərin narazılığından sonra onların bir neçəsi zala buraxılıb.

Bəhruz Bayramov bildirib ki, məhkəmə zalı kiçik olduğundan məhbusların qohumlarının içəri buraxılması üçün vəsatət qaldırıb. Onun bu vəsatəti qismən təmin olunub. Vəkilin digər vəsatəti isə Cəlal Quliyevin ev dustaqlığına buraxılması haqda olsa da, lakin hakim vəsatəti təmin etməyib.

Vəkilin sözlərinə görə, prosesdə təqsdirləndirilən şəxslərin polisə və icra nümayəndələrinə daş atmağı sübut olunmur: “Təqsirləndirilənlər deyir ki, onlar daş atmayıblar, etiraz etməkdə qismən səhv ediblər. Gərək, aksiyaya çıxmayaydılar. Təqsirləndirilənlər arasında Qarabağ əlili və YAP üzvü də var. O da səhv etdiyini söyləyib”.

Bəhruz Bayramov bildirib ki, fasilədən sonra zərərçəkmiş polislər və icra nümayəndələri ifadə verəcək: “Zərərçəkmişlər yalnız polislərdir. 25 polis, 2 icra nümayəndəsi var”.

Qeyd edək ki, 2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçiribilər.

Əvvəlcə aksiyada iştirak edən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanıldı. Sonra onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürüldü.

Dekabrın 24-də isə daha iki köçkünə Ülvi Quliyev və İlkin İsgəndərova eyni ittihamlar verilib.

Gülnaz Qənbərli

Gununsesi.info