
Abşeron rayon Polis İdarəsinin əməliyatçıları Azərsüd Açıq Səhmdar Cəmiyyətinin ərazisindən 102 ədəd işıq plafonu və onların alüminum dirəklərini oğurlamaqda şübhəli bilinən iki nəfəri yaxalayıb.
Şübhəli şəxslər zavod ərazisindən ikinci dəfə oğurluq etmək istəyərkən yaxalanıblar.
Gununsesi.info xəbər verir ki, Abşeron rayon Polis İdarəsinə bu ilin noyabr ayının 23-də Azərsüd Açıq Səhmdar cəmiyyətinin ərazisindən 102 ədəd işıq plafonu və onların alüminum dirəklərinin oğurlanması barədə məlumat verilib. Əməliyyat qrupu yaradan əməliyatçılar hadisədən bir gün sonra gecə yarısı zavodun ərazisinə iki naməlum şəxsin daxil olduğunu görüblər.
Zavodun ərazisində kənar şəxslərin olmasını mühafizə xidmətinin əməkdaşları da təstiqləyib. Əraziyə daxil olan əməliyyatçılar çağırılmamış “qonaqları” “iş başında” yaxalayıblar.
Abşeron rayonu Masazır qəsəbə sakini- 27 yaşlı Seyfəddin Ramazanov və Binəqədi rayon sakini – 21 yaşlı Ramil Əliyev ilkin dindirmə zamanı zavodun anbarına yatmağa yerlərinin olmadığı üçün girdiklərini desələr də, sonradan əsas məqsədlərinin oğurluq olmasını etiraf ediblər.
Oğurluq hadisəsini planlaşdıran Seyfəddin Ramazanov deyir ki, iki gün əvvəl oğurladıqlarını sata bilmədikləri üçün Məhdud Məsuliyyətli Zavodun anbarına ikinici dəfə “baş çəkmək” qərarına gəliblər.
Oğurulğa tanışı Seyfəddin tərəfindən cəlb edildiyini bildirən Ramil Əliyev isə onu yalan danışmaqda ittiham edib. Ramilin sözlərinə görə, noyabr ayının 20 oğurladıqları 102 ədəd işıq plafonunun və onların alüminum dirəklərini satıblar.
Əldə etdikləri pulu xərcləyib qutarandan sonra sirnikləşən tanışlar zavodu ikinci dəfə qarət etmək qərarına gəliblər. Noyabr ayının 22- si gecə saatlarında anbara girib aliminum dirəkləri toplayan zaman çöldən səs eşidiblər. Elə bu zaman polis əməkdaşları onları saxlayıb.
Baş vermiş faktlarla əlaqədar Abşeron rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Gununsesi.info