İşiq, qaz və suyun qiymətinin qalxması əhalinin narazılığına səbəb ola bilər - NAZİRDƏN RƏSMİ AÇIQLAMA

  • By admin
  • 07 Noyabr 2017 14:28
Azərbaycan hökuməti “Azərişıq” ASC və “Azərsu” ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq.
Gununsesi.info-nun məlumatına görə, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb ola və onların maliyyə vəziyyətini pisləşdirə bilər. Bu məqsədlə dövlət büdcəsində “Azərişıq” ASC-yə 55 milyon manat, “Azərsu” ASC-yə isə 22 milyon manat civarında  subsidiya veriləcək:
“Biz əhalinin vəzyyətini nəzərə almalıyıq. Çünki onların vəziyyəti tarif qiymətini qaldırmağa imkan vermir. Ona görə də biz kompromis bir variant taparaq, bu qurumlara büdcədən subsidiya verməyi planlaşdırırıq. Biz güzəştə getməliyik”.
Mürtəza
Gununsesi.info