İşıq və qaz haqları bahalaşacaq? - EKSPERT ŞƏRHİ

  • By admin
  • 07 Noyabr 2017 16:53

Bu gün Parlament komitələrində təşkil olunan büdcə müzakirələrində maliyyə naziri bildirib ki, gələn il elektrik enerjisi və suyun qiymətləri artırılmayacaq. Onu da əlavə edib ki, qiymət artımından qaçmaq üçün “Azərsu” və “Azərişıq” dövlət büdcəsindən 55 milyon manat subsidiya alacaq.

Buna şərh verən iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, 2018-ci ildə elektrik təsərrüfatı büdcə təşkilatlarından 2017-ci ilin gözlənilən göstəricinə nisbətən 53.3% və ya 67.4 milyon manat çox xidmət haqqı alacaq: “Əgər qiymət artmayacaqsa, belə çıxmırmı ki, büdcə təşkilatlarının elektirk istehlakı 1 ildə 50%-dən çox artacaq? Əks halda xərclər niyə bu qədər artsın ki? Məlumat üçün deyim ki, 2018-ci ildə dövlət büdcəsindən elektirk enerjisinə 193.9 milyon manat ayrılması nəzərdə tutulub”.

Bundan əlavə, R.Ağayev vurğulayır ki, gələn il qaz təsərrüfatı dövlət büdcəsindən 2017-ci ilin rəqəmi ilə müqayisədə 2.1 dəfə və ya 19.9 milyon manat çox xidmət haqqı alacaq: “Niyə bu qədər artım var – tariflər artacaq, yoxsa büdcə təşkilatlarının qaz istehlakını 1 ildə 2 dəfədən çox artacaq?”

Vüsalə

Gununsesi.info