İşıqforlardakı problem həll edildi

Səhər saatlarından paytaxtın Şəmsi Bədəlbəyli küçəsi ilə Səməd Vurğun küçəsinin, eləcə də Mirzəağa Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində işləməyən işıqforlar artıq bərpa edilib.

Bu barədə Gununsesi.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

HTML tutorial

Onun sözlərinə görə, ərazi üzrə elektrik verilişində yaranmış qısa fasilə səbəbindən küçələrin kəsişməsində quraşdırılan işıqforlar işləmirdi:

“Artıq problem aradan qaldırılıb, işıqforların fəaliyyəti bərpa edilib”.

Gununsesi.info