Gununsesi.info xəbər verir ki, tamaşanın nümayişi zamanı qəflətən teatrın işıqları sönüb və premyerada iştirak edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qaranlıqda qalıb. Aktyorlar tamaşanı dayandırmaq məcburiyyətində qalıblar. Elektrik enerjisi veriləndən sonra tamaşa qaldığı yerdən davam etdirilib.

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AzNews.az-a açıqlamasında hadisəni təsdiqləyib:

“Bu bizimlə bağlı problem deyildi. Ətrafda tikinti işləri gedir. İşıqların sönməsi hec 10 saniyə çəkmədi.”

Gununsesi.info