“İşıqlı dünyaya baxsınlar, görsünlər nə var, nə yox…” - DEPUTATDAN MÜXALİFƏTƏ

  • By admin
  • 28 İyul 2016 11:44

publika.az1415432718img1307254 (1)

 

“Azərbaycanın radikal müxalifəti gözlərindəki qara eynəkləri çıxarıb, bir bu işıqlı dünyaya baxsınlar, görsünlər nə var, nə yox. Bu dünyaya açıq gözlə baxa bilsinlər”.

Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının  (AVP) sədri Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı keçirilən referendum Azərbaycanda demokratik proseslərin inkişafı deməkdir. “Nə yazıqlar olsun ki, bu müxalifətin radikal qanadı öz ənənəsinə sadiq qalaraq yenə də əsası olmayan, arqumentləşdirilməmiş, daha çox illüziya xarakteri daşıyan fikirləri ortalığa atmaqla ictimaiyyəti çaşdırmağa çalışır.Bununla da darikal müxalifət hər zaman olduğu kimi, bu dəfə də öz ənənəsinə sadiq qalaraq inkarçılıq mövqeyində durmaqda davam edir”-deyə, F.Ağamalı vurğulayıb. F.Ağamalı hesab edir ki, radikal müxalifət bu gün sadəcə, demoqogiya ilə məşğuldur. “Bilməliyik ki, bu gün xaricdə Anti-Azərbaycan koalisiyası var , onlar Azərbaycanda istənilən müsbət hadisəni belə “qara rəngdə” verməyə çalışaraq, bunun guya ölkənin demokratik inkişafına və ya güclənməsinə deyil, əks istiqamətdə inkişafına xidmət etidiyni iddia edərək, beynəlxalq aləmdə gözdənsalma kampaniyasını davam etdirirlər. Radikal müxalifət də bu hərələtləri ilə onlara anti-Azərbaycan təbliağtı aparmaq üçün sanki şans vermiş olurlar” -deyə,  o, qeyd edib.

Fikrini davam etdirən F.Ağamalı əlavə edib ki, anti-Azərbaycan koalisiyasının tərkibində anti-milli qüvvələr də var və onlar də anti-Azərbaycan qüvvələrlə əlbirdirlər: “Onlardan maliyyə dəstəyi alıb Azərbaycanın imicinə ziyan vurmaqla məşğuldurlar. Bu gün Azərbaycan müxalifətinin bir qismi bu qüvvələrə xidmət edir”. F.Ağamalının fikrincə, radikal müxalifətin söylədikləri fikirlərin heç bir hüquqi əsası yoxdur: “Məsələ orasındadır ki, ölkə başçısının Konstitusiya ilə bağlı referenduma çıxardığı bütün dəyişikliklər ancaq və ancaq Azərbaycan dövlətçiliyinin güclənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə, ölkədə insan hüquq və azdlıqılarının daha təkmil qaydada müdafiə olunmasına xidmət edir. Ona görə də hesab edirəm ki, ölkə başçısının bu təşəbbüsü sentyabrın 26-də Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə dəstəklənəcək”. Referenduma çıxarılan dəyişikliklər sırasında Milli Məclisin və deputataların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirən F.Ağamalı bildirib ki, əksinə, bu dəyişikliklərin parlamentin və deputatların fəaliyyətinə heç bir aidiyyatı yoxdur. “Buyursunlar dəyişiklikləri diqqətlə oxusunlar. Qoy gözlərindəki qara eynəkləri çıxarın, bu işıqlı dünyaya yaxşı baxsınlar. Hər şeyi qara görmək zamanı keçib. Görsünlər bu işıqlı dünya da nələr baş verir”- deyə, o əlavə edib. Müxalifətin referendumla bağlı etiraz aksiya keçirmək cəhdlərinə gəldikdə isə F.Ağamalı bildirib ki, Azərbaycanda istənilən siyasi partiyanın və insanın öz fikrini azad şəkildə ifadə etmək və aksiya keçirmək hüququ Konstitusiyada təsbit olunub: “Və istənilən siyasi partiya bu konstitusion hüququndan istifadə edib mitinq keçirə bilər. Mitinqlər keçirmək üçün yerli icra hakimiyyəti orqanları tərəfindən yerlər də ayrılıb. Buyurub keçirsinlər. Ancaq burada digər bir məqam var. Görək bu mitinqlərə gələn olacaqmı, yoxsa, 5-10 nəfərlə aksiya keçirəcəklər? Insanlar onların çağırığına cavab verəcəkmi? Uzun illərin təcrübəsi onu deməyə əsas verir ki, müxalifətin bu baxımdan bəxti gətirmir. Sosial dayaqları zəiflədikcə zəifləyir. Belə demək mümkünsə, onlar sosial dayağa malik olmayan bir qüvvədirlər. Özlərindən başqa ətraflarında kimsə qalmayıb”.

F.Ağamaçlı sonda onu da əlavə edib ki, radikal müxalifətdən fərqli olaraq AVP Azərbaycan xaqlının yanaında və onun iradəsinin reallaşmasına yardımçı olacaq, təbliğat kampaniyasında aktiv iştirak edəcək.

Mürtəza

Gununsesi.info