
Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhədində yerləşən İşıqlı Qaragöl (Sevliç) gölünün 30 faizi Azərbaycan Ordusuna təhvil verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.
Gorus bələdiyyə sədrinin müavini İrina Yolyan bildirib ki, Azərbayan Ordusu sərhəddin Qızılcıq (İşxanasar) hissəsindən xeyli irəliləyib: “Gölün ərazisindən kilometrlərlə irəli gəldilər və dayandılar. GPS ilə gölün 30% -i Azərbaycana keçib”, – İ.Yolyan qeyd edib.
Gununsesi.info