İskəndərun limanındakı yanğın söndürüldü - VİDEO

Türkiyənin İsgəndərun limanında baş verən yanğın tamamilə söndürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə fevralın 8-də İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu məlumat verib.

HTML tutorial

“Mütəxəssislərimiz liman ərazisini soyutmağa davam edir”, – deyə İmamoğlu öz “Telegram” kanalında yazıb.

Əməliyyatda Türkiyənin müxtəlif şəhərlərindən yanğınsöndürənlər və təyyarələr iştirak edir.

Qeyd edək ki, fevralın 6-da güclü zəlzələ nəticəsində limandakı yüzlərlə konteyner aşdıqdan sonra alovlanıb.

Gununsesi.info