İşlədiyi avtobuslardan maqintofonları oğurladı

  • By admin
  • 16 İyun 2016 16:48

absheron

 

Bakıda oğurluq hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, vətəndaş  Rəvan Qurbanov  daxili işlər nazirliyinin “102” xidmətinə zəng vuraraq onun idarə etdiyi  196 saylı avtobusunun maqnitafonunun oğurlanması barədə məlumat verib. Daxil olan məlumat əsasında Abşeron rayon polis idarəsinin əməliyyatçıları oğurluqda şübhəli bilinən Fərid Mehdiyevi saxlayıb. İdarədə dindirilən Fərid törətdiyi əməli etiraf edib. Saxlanılan Fərid Mehdiyev 119 saylı sərnişin avtobusunda kanduktor işlədiyini deyir. Polis əməkdaşlarınlın apardıqları araşdırmlar nəticəsində Fəridin bundan başqa daha bir neçə oğurluq törətdiyi məlum olub.

Artıq faktla bağlı Abşeron rayon polis idarəsində cinayət məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.