İşlədiyi evdə yıxılıb öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

 

Belə ki, rayonun Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərin birində təmir işi görərkən ölüb.

Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info