Gununsesi.info xəbər verir ki, Astarada mağazadan oğurluq edən şəxs saxlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonun Pensər kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, 193 manat pul və 425 manat dəyərində danışıq kartları axşam saatlarında oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğun əvvəllər həmin mağazada işləmiş şəxs tərəfindən edilməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə kənd sakini Saleh Nəhmətov şübhəli şəxs qismində saxlanılıb.
Axşam vaxtı arxa pəncərənin dəmir barmaqlığını qıraraq mağazaya daxil olduğunu bildirən bu şəxs oradan pul və siqaret oğurladığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Gununsesi.info