
26 yaşlı Gabriealla Hummel yoqa müəlliməsi, 37 yaşlı Sandro Alvarez isə qəzet müxbiridir. Onlar iş həyatlarından bezdiklərini hiss etdikləri zaman istefa verərək dünya səyahətinə çıxıblar.
1988-ci il istehsalı olan kiçik avtobusla Belçikadan başladıqları macəranı artıq 8 aydır ki, davam etdirirlər. Bugünə qədər 25 min km yol gediblər.
Belçikadan yola çıxan cütlük ilk səyahət nöqtəsi kimi ABŞ-ı seçib. Gabriella səyahətləri ilə bağlı verdiyi bir reportajda bildirib ki, dünya səyahətinə çıxmaqları ani qərar olmayıb. Onlar uzun müddət imiş ki bunun arzusunda olublar.
Onların günü iki şəkildə keçir. Ya planaşdırılmış səyahətə çıxırlar, ya da anidən ağıllarına gələn yerlərə gedirlər.
Gabriellanın sözlərinə görə, onlar səyahət zamanı, xüsusən, festivalları əllərindən qaçırmamağa çalışırlar. Cütlük ən son ABŞ-da “Burning Man” festivalına qatılıb.
Gununsesi.info