İslah işlərinə hamı məhkum edilə bilərmi? – Şərh

  • By Admin2
  • 11 Fevral 2026 12:10

Azərbaycan qanunvericiliyində ağır cəzalarla yanaşı, işlənilən əmələ görə nisbətən yüngül cəzalar da nəzərdə tutulur.

Məsələn, islah işləri kimi.

Ancaq maraqlıdır, islah işləri hamıya şamil edilə bilərmi?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir:

“İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. İslah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir”, – deyə o, həmçinin qeyd edib.

Orxan
Gununsesi.info