
İslam Əməkdaşlıq Təşkilatı(İƏT) Qabondakı hərbi çevrilişi qınayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İƏT ölkədəki qanuni nizamın çevik bir şəkildə təsis edilməsi çağırışını edib.
Təşkilatın yazılı açıqlamasında Baş katib Hüseyn İbrahim Taha Qabonda yaşanan olayları yaxından izlədiklərini bildirib.
“İqtidarı zorla ələkeçirmə cəhdlərini şiddətlə qınayırıq, Qabonda qanuni hakimiyyətin təmin edilməsi üçün demokratik qurumlara və hüququn üstünlüyünə hörmət qoyulması gərəkdir”.
Bütün hər kəsi ayıq-sayıq olmağa, Qabonda qanuni nizamın sürətlə yenidən qurulması üçün çalışma və seçki mövzusundakı hüquqi prosedurlara müraciət etməyə dəvət edirik.
Xatırladaq ki, Qabonda bir qrup əsgər iqtidarı ələ keçiridklərini, dövlət qurumlarını ləğv etdiklərini və ölkə sərhədlərinin ikinci bir əmrədək qapalı qalacağını televiziya elanı ilə bildirmişdilər.
Tərcümə: Arzu