İslam dinini təbliğ etmək niyə cinayət sayılmalıdır? - DEPUTATLARDAN AÇIQLAMA

  • By admin
  • 14 Oktyabr 2016 16:39
fazail-ibrahimli
“Dini etiqad azadlığı haqqında” qanunda ictimai yerlərdə dinin təbliğat aparanlara və şüar səsləndirən şəxslərə qarşı sanksiyaların  nəzərdə tutulması ictimaiyyət arasında heç də birmənalı qarşılanmayıb. Xüsusən də dini kəsim arasında qanuan edilən dəyişikliklər ciddi narazıçılığa səbəb olub. Belə ki, “Dini etiqad azadlığı haqqında”  qanuna təklif edilən dəyişikliklərə əsasən Azərbaycanda islam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparıldığı halda 2000 manatdan 5000 manatadək cərimə yaxud bir ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların də digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsinə, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənarda yerləşdirilməsinə görə vətəndaşların 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslərin 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək cərimə olunmaları öz əksini tapıb. Məsələnin  ciddiliyini nəzərə alaraq  adı çəkilən qanuna  edilən dəyişikliklərin mahiyyəti bardə millət vəkillərinə müraciət etdik.
Tahir Kerimli
Millət vəkili Tahir Kərimli Gununsesi.info-ya açıqlamasında  bildirdi ki,  dünyada  və ətraf ölkələrdə  baş verən hadisələr Azərbaycan dövlətini “Dini qtiqad azadlığı haqqında” qanuna nəzərdə tutulan dəyişiklikləri  etməyə vadar edib. “Dünyada baş verən hadisələr,dini kataklizmlər, məzhəblərarası qarşıdurma Azərbayacan  proyeksiyasına keçə biləcəyindən ehtiyat edərək belə bir önləyici proflaktik addımlar atmaq məcburiyyəti qarşısında qalıblar. O baxımdan  mən  dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə edilən dəyişiklərə etiraz etmirəm”- deyə, millət vəkili vurğulayıb.
T.Kərimli əlavə edib ki, məsələ parlamentdə komitədə müzakirə edilən zaman öz fikrimi bildirdim və problemin belə qoyuluşuna etiraz etdim. “Bildirdim ki,  qanunvericilikdə niyə məhz İslam dini  ilə bağlı cəza  tədbirləri sərtləşdirilir. Bu məhdiyyətlər qoyulursa, onda bütün digər dini inanclı icmalara da tətbiq edilməlidir. Onu da dedim ki, bir yandan biz   dövlət səviyyəsində pul xərcləyib xaricə tələbə göndəririk, sonra qanunda dəyişiklik edib xaricdə təhsil alan tələbələrin burada dini ayinlər keçrməsini qadağan edirik və sair. Bu yanlış hərəkətdir. Qanunvericilikdə bu  məsələlərlə bağlı digər narahatedici məqamlar da var.
Ancaq bununla belə dövlətin və təşəbbüskarların atdıqları bu hərəkəti də başa düşmək olar. İndi elə qorxulu  vəziyyətdir ki, istənilən ölkənin daxilində  din amilindən istifadə edib aranı qarışdıra bilərlər. Odur ki, bir daha təkrar edirəm bu dəyişikliklər  önləyici addımlardır”.
Millət vəkili Fəzail İbrahimli Gununsesi.info-ya açıqlamasında bildirdi ki, din insanları paklığa aparan yol olduğundan ondan siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməz haldır. “Əgər din saflıq, paklıq, mərhəmətlilik deməkdirsə, o zaman   cəmiyyətdə bu ideyalar təbliğ olunmalıdır və bunun heç bir sakıncaı yoxdur. Ancaq bu gün din adı altında bəzi qüvvələr öz məqsədləri üçün istifadə edir və ölkələrdə çaxnaşmalar, qarşıdrumalar yaradıb qan tökürlər. Bu yolverilməz haldır. Azərbaycanda da dini qanunvericilik sahəsində edilən dəyişikliklər də ölkədə hər hansı radikal dini hərəkətlərin  qarşısını vaxtında almaq istiqamətində  atılan önləyici tədbirlərdir”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili onu da əlavə edib ki, ibadət insanla Allah arasında bir  əhd bağlamaqdır. “İbadət zamanı Allahla insan öz arasında əhd bağlayaraq üzərinə öhdəliklər götürür ki, o, günah işlətməyəcək, onun buyurduğu yoldan çıxamayacaq, adil olacaq və sair. Əgər bu öhdəliyi yerinə yetirirksə deməli  həmən insan müqəddəsdir. İbadət bunun üçündür. Elə İslam dininin fəlsəfəsi də bundan ibarətdir.
Ancaq bu gün biz başqa bir səhnənin şahidi oluruq. Bu da ondan ibarətdir ki, bu gün bir çox insanlar  bu ibadəti ilə özünü digərinin gözünə soxmaq , məqsədlərinə nail olmaq üçün istifadə edir. Bununla mesaj vermək istəyir ki, guya mən daha yaxşı müsəlmanam, sən yox. Bu olmaz. Dinə bu cür yanaşma səhv düşüncədir”- deyə, millət vəkili bildirdi.
 Gununsesi.info