İslam dünyası ayağa qalxdı – İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplanır

  • By admin
  • 30 İyun 2023 23:40

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fövqəladə toplantı keçirəcək.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, toplantıda İsveçdə “Quran” kitabının yandırılması ələ alınacaq.

S. Ərəbistanın Ciddə şəhərində 2 iyulda keçiriləcək görüşdə İsveçdəki yandırma olayına qarşı tədbirlər müzakirə ediləcək.

Zirvə toplantısı S. Ərəbistanın istəyi ilə gerçəkləşdiriləcək.

Bütün İslam ölkələrinin İsveçin paytaxtı Stokholmda “Quran” kitabının yandırılmasına qarşı ortaq mövqe sərgiləyəcəyi gözlənilir.

 

Tərcümə: Arzu

Gununsesi.info