İslam Hüseynov Ümumrusiya Azərbaycanlıları Konqresindən xaric edilib

  • By admin
  • 06 Mart 2017 19:40

844d5f48-3a4a-4cfe-b369-03a1f6255dc8_292

 

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Mərkəzi Şurasının Rəyasət Heyətinin qərarı ilə ÜAK-ın Ulyanovsk bölməsinin keçmiş rəhbəri İslam Hüseynov təşkilatın sıralarından xaric edilib.

Bu barədə “Report”un Rusiya bürosunun müxbiri məlumat verib.

ÜAK-ın Nizamnaməsində qeyd edilir ki, cinayət məsuliyyəti olan insanlar təşkilatın üzvü ola biməzlər. Bunu rəhbər tutaraq, İslam Hüseynov və Rəsul Əkbərov təşkilatın sıralarından xaric ediliblər.

İslam Hüseynov əvvəllər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə (külli miqdarda dələduzluq etmək) cinayət məsuliyyətinə cəlb olunub.

Rəsul Əkbərov isə 2 cinayətdə təqsirli bilinib – 119-cu maddənin 1-ci hisəsi (ölümlə hədələmə və sağlamlığa ağır zərər vurma) və 115-ci maddənin 2-ci hissəsinin “v” bəndi (bilərəkdən sağlamlığa yüngül zərər vurma) ilə mühakimə olunub.

ÜAK Mərkəzi Şurasının Rəyasət Heyyətinin qərarları haqqında məlumatlar regional hakimiyyət orqanlarına göndəriləcək.

 

 

Gununsesi.info