İslam Kərimovdan xəbər var. Onun səhhəti stabildir.
Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasınım rəhbəri Rəhmonbek Usmanov deyib. “Regnum”-un yaydığı məlumata görə, bu barədə məlumat İslam Kərimovun səhhəti ilə bağlı keçirilən iclasda verilib. Tədbirdə hökumət nümayəndələri və yüksəkçinli məmurlar iştirak edib.
İclasda bildirilib ki, İslam Kərimov hətta, yataqdan ayağa qalxıb və bir müddət hərəkət edib.
İclasda hüquq-mühafizə orqanlarına ölkə başçısı haqqında məlumat yayanları saxlamaq barədə göstəriş də verilib.
Gununsesi.info