İslam Kərimovun beyninə qan sızdı - Vəziyyəti ağırdır (FOTO)

  • By admin
  • 29 Avqust 2016 14:00

Isalam Kerimov

Özbəkistan prezidenti İslam Kərimovun qızı atasının sağlıq durumu ilə bağlı açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, İ. Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva özünün “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki səhifələrində atasının insult olduğunu yazıb. O, ötən şənbə günü İ. Kərimovun beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: “Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”.
Xatırladaq ki, 1989-cu ildən bəri Özbəkistanı idarə edən İslam Kərimov 78 yaşındadır.

 

islamk

Gununsesi.info