
İslam Kərimovun ölüm xəbəri bu gün elan olunacaq.
Gununsesi.info xəbər verir ki, bunu məhşur rusiyalı jurnalist, “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksey Venediktov öz “Twitter” səhifəsində yazıb. A.Venediktov bəyan edib ki, Özbəkistan prezidenti İslam Kərimovun ölümü ilə bağlı xəbər doğrudur və bu barədə ona etibarlı mənbədən məlumat verilib. A.Venediktov onu da əlavə edib ki, Özbəkistan liderinin ölüm xəbəri bu gün elan olunacaq. Bununla belə, rəsmi Daşkənd İslam Kərimovun ölümü ilə bağlı məlumatı təsdiqləmir.
Qeyd edək ki, İslam Kərimov avqustun 28-ddə insult keçrirək xəstəxanaya yerləşdirilib.
Gununsesi.info