İslam Kərimovla vida mərasimi ata evində keçirildi

  • By admin
  • 03 Sentyabr 2016 13:50
UZBEK
 
Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimi Smərqənddəki ata evində keçirildi.
Gununsesi.info Özbəkistan dövlət televeziyasna istinadən xəbər verir ki, dəfn mərasimi ilə bağlı bütün ayinlər  İslam Kərimovun ata evində İslam qaydalarına uyğun təşkil olunub. İ. Kərimovun ata evi səhər tezdən insanlarla dolu olub və burada milli-dini adətlərə uyğun olaraq həyata keçirilib.
Bundan sonra İ.Kərimovla vida mərasimi  Səmərqəndin Rehistan meydanında təşkil olunub və hazırda onunla vida mərasimi keçirilir. İ. Kərimov Səmərqəndin  tarixi yeri saylan Rehistan meydanın yaxınlığındakı Şahi Zinda qəbristanlığında dəfn olunacaq. Hazrda onun dəfn mərasiminə hazırlıq işləri görülür. Vida mərasimində iştirak edən insanların əksəriyyəti qara kostyum, ağ köynək geyiniblər.
Gununsesi.info