“İslam mənə arxadan zərbə vurdu” - OKSANA RƏSULOVA

  • By admin
  • 10 İyun 2017 09:58

oksana

“Maşın” realiti-şounun sonuncu buraxılışında da yadda qalan anlar yaşanıb. 

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, aktyor İslam Mehrəliyevin sözləri rəqqasə Oksana Rəsulovanı gözyaşlarına boğub.

O, özünə şou boyu İslamı daha yaxın bildiyi halda, aktyor onun verilişdən getməsini istəyib.

“Aqil yaxşı olar ki, sabah kişilərlə mübarizə aparsın”.

Buna cavab olaraq Oksana deyib: “Bu, arxadan vurulan zərbədən də pis oldu. Bunu Fərdadan, Elcandan, Aqildən gözləyərdim, amma İslamdan heç vaxt. Məndən soruşanda ki, finalda kiminlə qalmaq istəyərdin, mən İslamın adını vermişdim. Heyf”.

Gununsesi.info