“İslam NATO”su NATO-nun gözdən salmaq üçün ortaya atılan  oyundur - MİLLƏT VƏKİLİ

  • By admin
  • 22 May 2017 16:00
asimmm
 
““İslam NATO”sunun yardlması ilə bağlı ortaya atılna ifadəni, NATO-nun gözdən salınması üçün ortaya atılan düşünülmüş siyasət hesab edirəm”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanın səfəri və səfərin yekunları ilə bağlı mövqeyini saytımıza açıqlayan millət vəkili Asim Mollzada bildirib ki, Tramp çıxışında bir sıra ciddi məqamalra toxunub:
“Trampın çıxışında ən gözəl və yerində olan məqam ondan ibarət idi ki, o, insanlığa qarşı cinayətlərə qarşı mübarizədə bütün İslam dünyasını  birgə mübarizəyə çağırdı. ABŞ prezidenti çıxışında hər hansı İslam terroru ifadəsini işlətmədi. Bax bu, çox gözəl bir anlayışdır. D.Tramp bununla bir daha  göstərdi ki, cinayət və terrorla İslamın heç bir aidiyyatı yoxdur. Ona görə də insani cinayətkarlığa və terrora qarşı mübarizədə  bütün qüvvələrin bir araya gəlməsinin vacibliyini vurğuladı”.
A.Mollazadə bütün İslam ölkələrinin bu məsələdə bir araya  gəlməsi antoterror koalisiyasını daha da gücləndirəcəyinə əmin olduğunu vurğuladı:
“Dini mənsubiyyətindən asılı olamayaraq bütün ölkələrin bir araya gəlib insanlığa və cinayətə qarşı mübarizə daha effektli olar”.
“İslam NATO”su və Azərbaycanın bu qurumda iştirakı nə qədər məqbuldur  fikrinə gəldikdə isə A. Mollazadə bildirib ki, burda hansısa əlavə NATO və ya hərbi birlik yaradılmasından söhbət getmir: “Bu cür fikirlər qeyri-ciddi məsələdir. Burada söhbət hansısa həbri birliklərin yaradılmasından yox, beynəlxalq antiterror koalisiyasının daha da gücləndirilməsi və terrorizmə qarş effektli mübarizənin təşkilindən  gedir. Necə deyərlər bütün ölkələrin  güclərini bir araya gətirərək  insanlığa qarşı cinaytkarlığa, terrorizmə qarşı birgə mübarizənin təşkil olunmasından söhbət gedə bilər və ABŞ-da bunu istəyir. Mən ümumiyyətlə “İslam NATO”su deyimini qəbul etmirəm. Bu fikri mən NATO-nu gözdən salınması üçün ortaya atılna bir siyasi oyun hesab edirəm”.
Azərbaycanın “İslam NATO”sundakı iştirakına gəldikdə isə A.Mollazadə deyib ki, bir daha təkrara edirəm bu hər hansı hərbi birlik  deyil, terrorizmə qarşı birgə antiterror koalsiyasının daha da təkmilləşdirilməsindən gedir.
“Azərbaycan hər zaman antiterror koalisiyasının fəal üzvlərindən olub. Çünki Azərbaycan xalqı erməni terrorunun qurbanı kimi, onun acısının yaxşı bilir”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info