
“İslam NATO”su ideyası gercəkləşəcəyi təqdirdə dünyada açıq-aşkar hiss olunan sülh və həmrəylik defisitini artıracaq, yoxsa azaldacaq? Zənnimcə, əsas sual budur. Düşünülür ki, bu alyansın rəhbəri yaxın 10 il ərzində okeanın o tayından 350 milyard dollarlıq silah alacağına söz vermiş Səudiyyə Ərəbistanı olmalıdır”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev deyib.
Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya da ön sıralarda yer alacaq: “Ümumilikdə, təqribən 40 ölkənin burada təmsil olunacağı gözlənilir. Əsas diqqətin şərti olaraq “sünni düşərgəsi” adlandırılan qrupa daxil edilən dövlətlərə ayrılacağı gözləniləndir”.
Politoloqun fikrincə, bu yalnız qlobal qarşıdurmanın yayılma arealını genişləndirə bilər. “Donald Trampın Ər-Riyad səfərini ABŞ-ın ərəb və islam dünyası ilə münasibətlərində dönüş nöqtəsi rolunu oynayacaq tarixi gün adlandıran Reks Tillersonun entuziazmını bölüşmək çətindir”- deyə, F.Babayev bildirib.
Mürtəza
Gununsesi.info