İslam Oyunlarında tibbi yardım göstərəcək xəstəxanaların adları açıqlandı

  • By admin
  • 28 Mart 2017 11:27

1466503603_0001

Səhiyyə naziri Oqtay Şirəliyev Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı ilə bağlı əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı barədə” imzalanan əmrdə Səhiyyə Nazirliyinin Təşkilat Komitəsinin yaradılması tapşırılıb.

Əmrə əsasən, səlahiyyətli şöbə rəhbərlərinə yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədi ilə Bakı şəhər Kliniki Tibbi Mərkəzin, Bakı Sağlamlıq Mərkəzinin müəyyənləşdrilməsi, zəruri tibbi avadanlıqlar, dərman və tibbi ləvazimatlarla, həmçinin laborator diaqnostikumlarla təmin olunması, müvafiq tibbi kadrların peşəkarlığın artırılması istiqamətində təlimlərə cəlb etmək, iştirakçı dövlətlərin nümayəndə heyətləri üçün ayrılacaq yaşayış və iaşə müəssisələrində sanitariya-gigiyenik qaydaların nəzarətə götürülməsi kimi tapşırıqlar verilib.

Gununsesi.info