“İslamiada”: Azərbaycanın və Türkiyənin qadın voleybolçuları finala vəsiqə qazanıblar - FOTO

  • By admin
  • 17 May 2017 21:06

az-turk-voley

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışında yarımfinal görüşləri keçirilib.

Gununsesi.info xəbər verir ki, birinci yarımfinal görüşündə Azərbaycan yığma komandası Tacikistan millisinə hər üç setdə asanlıqla qalib gəlib – 3:0 (25:6, 25:10, 25:6).

İkinci yarımfinal görüşündə isə Türkiyənin və Qırğızıstanın qadın voleybolçuları üz-üzə gəliblər. Görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb – 25:9, 25:14, 25:12.

Beləliklə, qadın voleybolçuların yarışının mayın 18-də keçiriləcək sonuncu oyunlarında Tacikistan və Qırğızıstan komandaları bürünc medallar uğrunda üz-üzə gələcəklər. Final görüşündə isə Azərbaycan və Türkiyə milliləri çempion adı uğrunda yarışacaqlar.

Kişilər arasında voleybol yarışına mayın 21-də yekun vurulacaq.

Gununsesi.info