İslamiada: Millimiz qalib gəldi

  • By admin
  • 12 May 2017 20:32

 hendbol

 

Mayın 12-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında təsəlliverici görüşlər keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə yeddinci və səkkizinci yerlər uğrunda Pakistan və İordaniya komandaları mübarizə aparıblar. Görüşdə 33:31 hesabı ilə üstün olan Pakistan yığması yarışı yeddinci, İordaniya kollektivi isə sonuncu – səkkizinci yerdə tamamlayıb.

Beşinci və altıcı yerlər uğrunda qarşılaşma isə Azərbaycan və Mərakeş kollektivləri arasında oynanılıb. Azərbaycan həndbolçuları İslamiadada ikinci qələbələrini qazanıblar – 31:25. Bununla da komandamız turniri beşinci pillədə başa vurub. Mərakeş kollektivi isə altıncı yerlə kifayətlənməli olub.

Həndbol üzrə yarımfinal görüşləri mayın 13-də keçiriləcək.

 

Gununsesi.info