İslamiadada mübarizə aparacaq qadın güləşçilərimiz – HEYƏT – FOTO

  • By admin
  • 15 May 2017 09:55

02

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları mayın17-dən 21-dək Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

Gununsesi.info-ya Güləşi Federasiyasından verilən məlumata görə, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.

Belə ki, yarışların son günündə qadın güləşçiləri mübarizə aparacaq.

Qeyd edək ki, baş məşqçi Semyon Çterev, böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızın 8 üzvü yarışlarda iştirak edəcək. Heyətdə Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyeva (75 kq) yer alıb.

Anar

Gununsesi.info