İslamiadanın qalibləri olan paytaxt məktəbliləri - FOTOLAR

  • By admin
  • 24 May 2017 13:27

unnamed (1)

Ölkəmizdə keçirilən “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri uğurla iştirak edərək qalib olublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, paytaxtdakı 138 nömrəli məktəbin XI sinif şagirdi Roman Heydərov karate idman növü üzrə I yeri tutaraq qızıl medalın sahibi olub. Bakı şəhəri 277 nömrəli məktəbin XI sinif şagirdi Jalə Piriyeva bədii gimnastika üzrə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Həmin məktəbin X sinif şagirdi Zöhrə Ağamirova bədii gimnastika üzrə qızıl medala layiq görülüb. 86 nömrəli məktəbin IX sinif şagirdi Şubinovna Yuliya Aleqovna isə IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə (komanda oyununda) I yerin sahibi olub.

Qeyd edək ki, Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına paytaxt məktəbliləri fəal şəkildə dəstək verib və müxtəlif formalarda yaxından iştirak ediblər. Belə ki, Bakı məktəbliləri yarışlara həm də könüllü kimi qatılıb və oyunların təşkilində fəallıq göstəriblər.

Həmçinin, “Məktəblinin dostu” layihəsi çərçivəsində bir çox tədris ocaqlarının şagirdlərinin IV İslam Həmrəyliyi Oyunlarını izləməsi təşkil edilib. IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq və oyunları ölkə ərazisində tanıtmaq məqsədilə kütləvi idman tədbirləri və şagirdlərlə görüşlər keçirilib.

Bundan başqa, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərin iştirakıyla yürüş, fləşmob və konsert keçirilib.

Eləcə də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr təşkil olunub.

unnamed (3) unnamed (2)

Anar
Gununsesi.info