İsmət Abasov üçün özəl gün

  • By admin
  • 25 May 2017 16:48

İsmət_Abasov

Bu gün Baş nazirin müavini İsmət Abasovun doğum günüdür.

Gununsesi.info bildirir ki, İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olub.

1971-ci ildə İrəvan şəhəri M.F.Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1976-1980-cı illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980-1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989-1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990-1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993-1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997-2004-cü illər Respublika Kənd Təsərrüfatı nazirinin 1-ci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə Respublikanın Kənd Təsərrüfatı naziri vəzifəsini tutub.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. 22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti olub.

İ.Abasov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı – FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak edib. 22 oktyabr 2013-cü ildə kənd təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub.

23 may 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı və üç nəvəsi var.

Gununsesi.info